Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

“Report” xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələ daxildir.

Əvvəlcə Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qurumun 2018-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Gündəliyə daxil olan digər məsələlər isə “Banklar haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Auditor xidməti haqqında”, “Kommersiya sirri haqqında”, “Sığorta fəaliyyəti haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Vergi, Gömrük, Mülki, Əmək, Ailə məcəllələrinə dəyişiklik layihələridir.