Bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər (7 saat) Səməd Vurğun və Füzuli kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, bununla əlaqədar olaraq sözügedən kəsişmədə göstərilən vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.