Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Azərbaycan Almaniyaya Avropadan əsgər və hərbi texnikanın daşınması üçün keçiş icazəsini verməyib. AzEuroNews.com xəbər verir ki, nəticədə Almaniya öz əsgərlərini və hərbi texnikasını Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi və mülki sifarişli təyyarələri ilə daşmaq məcburiyyətində qalıb. 

Məlumatda deyilir ki, Almaniya Əfəqanıstanda olan əsgərləri üçün 2001-ci ildən həftəlik ehtiyacları təyyarə ilə göndərir. Lakin bu ilin mart ayında Azərbaycan Almaniya hərbi təyyarələrinə ölkə ərazisindəki hava limanlarına enişə icazə verməyib. 

Almaniya Ordusundan (Bundeswehr) verilən açıqlamaya görə, Əfqanıstanın Məzar-ı Şərif şəhərində olan “Marmul“ NATO hərbi bazasında xidmət edən 1300 əsgər aprel ayının sonuna qədər ABŞ-ın “C17” model təyyarələri ilə daşınacaq. 

Alman mediasının yazdığına görə, problemin səbəbi NATO-nun buna görə Azərbaycanla danışıqlar aparmamasıdır. 

Cəsur Sümərinli
Cəsur Sümərinli

Mövzu ilə bağlı tanınmış hərbi ekspert Cəsur Sümərinli “Facebbook”da yazıb ki, problem mart ayının sonunda başlayıb: “Hazırda Almaniyanın xarici işlər nazirliyi bu məsələni Bakı ilə həll etməyə çalışır. “Bundeswehr“ nümayəndəsi bildirib ki, hazırda Almaniya ilə Azərbaycan arasında “hərbi-siyasi səviyyə”də mübahisə mövcuddur. Hazırda ABŞ-ın transport təyyarələri də Əfqanıstandan Avropa istiqamətində hərəkət etmək üçün fərqli yoldan istifadə etməyə çalışırlar”.