ABŞ və NATO – ya üzv olan Avropa dövlətləri  aprelin 23-25-də Moskvada keçiriləcək beynəlxalq təhlülkəsizlik konfransına nümayəndə göndərməkdən imtina ediblər. 

RİA Novosti-nin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirinin müavini Aleksandr Fomin deyib.

“Əvvəlki illərdə olduğu kimi, biz hamını dəvət etmişik. O cümlədən, NATO dövlətləri, blokun hərbi-siyasi rəhbərliyi də dəvət  olunub. Lakin, ABŞ və Avropa dövlətləri öz aralarında həmrəylik göstərərək, Rusiya Müdafiə Nazirliyi ilə hər hansı münasibətə girməkdən uzaq durdular və dəvətimizi qəbul etmədilər”.