Avropa Birliyi Brexit-lə bağlı Böyük Britaniyaya 2019-cu il 31 dekabra qədər vaxt verə bilər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə açıqlayıb.

Bu təşəbbüsün bütün Avropa Birliyi ölkələri tərəfindən dəstəkləndiyi də məlumdur.

“Avropa Birliyinin daimi nümayəndələrinin iclası bu faktı təsdiqləyib”-deyə mənbə vurğulayıb.