Bakının bu rayonunda suyun verilişində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Suraxanı rayonu ərazisində magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar aprelin 10-da gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.