Bu gün “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.

Bu barədə Modern.az-a klubdan bildirilib. T.Heydərov 2006-cı ildən “Qəbələ” İdman Klubunun prezidenti vəzifəsində fəaliyyət göstərirdi. Qeyd edək ki, T.Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.