Show TV-nin fenomen serialı “Çukur”a yeni simalar daxil olacaq. “Qafqazinfo” Türkiyə KİV-nə istinadə xəbər verir ki, ötən bölüm Dilan Çiçek Deniz, Erkan Avcı və Berkay Ateşin vidalaşdığı ekran işinə Sinem Kobal və Kaan Urgancıoğlu dəvət olunub. 

Bundan əlavə, Rojda Demirel, Hakan Kurtaş, Çağan Atakan Aslan da yeni sezonda reytinqli layihədə rol alacaq. Artıq serial ulduzları ilə danışıqlar aparılıb və yekun qərar verilib.