Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  29 900 Türkiyə vətəndaşı Avropa Birliyi (AB) ölkələrinin vətəndaşlığını qəbul edib. AzEuroNews.com xəbər verir ki, Avropa Statistika İdarəsinin (Eurosat) 2017-ci ilə aid statistikasında deyilir ki, Türkiyə türkləri  ən çox Almaniya vətəndaşlığını qəbul ediblər. Ümumilikdə həmin il 825 400 nəfər Avropa Birliyi ölkələrinin vətəndaşlığını alıb. 

29 900 türkün 50 %-i Almaniya vətəndaşlığını, 17,8 %-i Fransa , 9,9 %-i Hollandiya və 5,3 %-i İngiltərə vətəndaşlığını qəbul edib. 

Məlumatda deyilir ki, AB ölkələrindən ən çox mərakeşlilər, hindlilər, türklər və rumıniyalılar vətəndaşlıq alıblar.