Özcan Dənizin yeni “İkinci şans” filminin ilk görüntüləri yayılıb.

Filmin tanıtım çarxını məşhur müğənni, aktyor və rejissor Özcan Dəniz rəsmi feysbuk səhifəsində paylaşıb.

Qeyd edək ki, illər əvvəl “Asmalı Konak” serialı ilə böyük populyarlıq qazanan Nurgül Yeşilçayla Özcan Dəniz “İkinci şans” filmində yenidən tərəf müqabili olub.

Filmin rejissoru Özcan özüdür. O, filmin ssenarisini 7 il əvvəl yazdığını, ancaq Nurgülün və özünün rola uyğun gəlməsi üçün gözlədiyini deyib. Deyilənlərə görə, Özcan bu filmi aktrisanın 40 yaşı münasibəti ilə ona hədiyyə edib.

Xatırladaq ki, Nurgül Yeşilçayla Özcan Dəniz bir vaxtlar sevgili olub. Ayrıldıqdan sonra uzun müddət bir-biri ilə danışmayıblar. Hətta sevilən aktrisa illər əvvəl Özcanın filmə çəkilmək təklifini də rədd edib.