ABŞ və Meksikanın sərhədində ağlayan qızcığazın şəkli “World Press Photo” təşkilatı tərəfindən ilin ən yaxşı fotoşəkli seçilib.

Trend-in məlumatına görə, bu barədə Amsterdamda keçirilən təntənəli mərasimin yekunları üzrə beynəlxalq müsabiqənin təşkilatçılarının yaydıqları press-relizdə deyilir.

Fotoqraf Con Mur tərəfindən çəkilən şəkildə Hondurasdan olan Yanela adlı qızcığaz ABŞ sərhəd xidmətinin əməkdaşı onun anası Sandra Sançesin üstünə baxış keçirdiyi zaman ağladığı yerdə əks etdirilib.