İsraildə keçirilən parlament seçkilərində hakim “Likud” partiyası ən çox səs toplayan siyasi qüvvə olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Dairəsi açıqlama verib.

Səslərin toplanmasından sonra “Likud” partiyası 26,45%, “Kaxol-Lavan” mərkəzçi bloku 26,11% səs toplayıb.

Seçkilərin yekun nəticələri aprelin 17-də elan olunacaq. 120 yerlik Knessetdə Netanyahunun partiyası 36, mərkəzçi blok isə 35 səs toplayıb.

Benyamin Netanyahu 1996-1999-cu illərdə və 2009-cu ildən İsrail hökumətinə başçılıq edib.