Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Avropa İttifaqı (Aİ) ölkələrinin 30-34 yaşında olan vətəndaşlarının 40, 24-54 yaşında olanlarının isə 34 %-ni ali təhsillilər təşkil edir. Bu brədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, ali təhsillilər daha çox Litva, Kipr və İrlandiyadadır. Litvada 30-34 yaşında olan şəxslərin 58, Kiprdə 56, İrlandiyada 55 %-ni ali təhsilli şəxslər təşkil edirlər. Daha az ali təhsillilər Rumuniya (26%), İtaliya(27%) və Xorvatiyadadır (29%). 
Almaniyada isə 30-34 yaşında olan əhalinin 34 %-ni  ali təhsillilər təşkil edir. Aİ vətəndaşlarının göstərilən yaş həddində olan vətəndaşlarının 40 %-i, 55–74 yaş həddində olan vətəndaşlarının isə 21 %-i ali təhsillidir. Aİ ölkələrində 25-54 yaşında olan sakinlərinin 20%-i hətta orta təhlili olmayan şəxslərdir.