Foto © arti49.com
Foto © arti49.com


Fərhad Çağtürk / AzEuroNews.com  ➤  Almaniyada hətəkətdə olan sürəti qatara (Intercity-Express-İCE) atəş açılıb. AzEuroNews.com xəbər verir ki, qatarın şüşələrində çatlar meydana gəlsə də, xəsarət alan olmayıb. 

Berlin-Saarbrükken reysini həyata keçirən qatar Ladenburq yaxınlarında olan zaman hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən atəşə məruz qalıb. 

Həmin an qatarda 151 sərnişin var imiş. Qatar hərəkətini dayandırdıqdan sonra dərhal polisə məlumat verilib. Əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. 

Hazırda qatara atəş açan şəxs və ya şəxslərin axtarışları davam etdirilir. 

Foto © arti49.com
Foto © arti49.com