Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com ➤  Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində (NRW) vətəndaşlıq verilməsi müddətini qısaltmaq istəyirlər. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki,  sözügedən əyalətin İnteqrasiya Nazirliyi immiqrantlara vətəndaşlığı indiki ilə müqayisədə təxminən iki dəfə tez vermək istəyir. Bu plana əsasən sığınacaq axtaran şəxslərə bu imkanı əldə etmək üçün indiki 8 il əvəzinə yalnız 4 il bəs edəcək. Bu məlumat nazirlikdən əldə olunub və „Rheinische Post“ nəşri tərəfindən açıqlanıb.

Federal Ərazinin İnteqrasiya naziri Joachim Stamp’in verdiyi məlumata görə, qayda yalnız inteqrasiya kurslarını tamamlayan xarici ölkə vətəndaşlarına tətbiq ediləcək.

Joachim Stamp
Joachim Stamp

 Bəli, əlbəttə ki, yuxarıda qeyd olunan 4 il şəxsin Almaniyaya gəldiyi gündən deyil, oturma icazəsi alındığı vaxtdan hesablanacaq. 
Bu günki təcrübəyə görə bu müddət yalnız istisna hallarda bir necə il müddətinə azaldılır (maksimum 6-7 ilədək).

 Bu təklif miqrasiya siyasətinin təkmilləşdirilməsi strategiyası çərçivəsində meydana gəlib.
Joachim Stamp Berlində aprelin 1-dən başlayacaq inteqrasiya nazirlərinin konfransında müzakirə mövzusu olaraq bu məsələni gündəmə gətirmək istəyir. Həmin toplantıda nazirlərlə yanaşı federal dövlətlərin senatorları da iştirak edəcək. 
Ümumiyyətlə, Şimali Reyn Vestfaliya Federal ərazisində mövcud hakimiyyət orqanları miqrantların dostları da adlandırıla bilər. 

“Leqat”dan bildirilib ki, təxminən iki həftə əvvəl bu əyalətdə müvəqqəti yaşamaq üçün icazə alınma şansını asanlaşdıran bir dəyişiklik edilmişdi. Bu, “Əcnəbilərin yaşayış yeri, məşğulluğu və inteqrasiyası haqqında” qanunun 25b-ci bəndinə edilən (Aufenthaltsgesetz) düzəlişidir. Həmin dəyişiklik “yaxşı inteqrasiya olunmuş, müsbət xarakterizə olunan əcnəbilər” ə şamil olunur. 

Müsbət xarakterizə olunan dedikdə cinayət törətməyən və qanunulara hörmətlə yanaşan şəxslər nəzərdə tutulur. Nazirin sözlərindən belə qənaətə gəlmək olar ki, Almaniyada məskunlaşma, müvəffəqiyyətlə inteqrasiya siyasətini tənzimləyən qanunvericilik miqrantlarda bu işə həvəs yaratmalıdır. 

O hesab edir ki, bacarıqlı miqrantlara özünü ifadə üçün imkanlar yaratmaq da cəmiyyətimizin mənafelərinə uyğundur.