Evsizlər üçün tikilən sosial evlər / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Evsizlər üçün tikilən sosial evlər / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com


Fərhad Çağtürk / AzEuroNews.com➤  Almaniyanın Şimali Reyn Vestafliya əyalətində yaşayan qaçqınların bir qismi yenidən sosial mənzillərə qaytarılıblar. Bu barədə AzEuroNews.com-a həmin sosial mənzillərin birində yaşayan həmvətənimiz məlumat verib. Onun sözlərinə görə, bir il əvvəl sosial mənzillərdən çıxarılan sığınacaq üçün müraciət edən və hələ də cavab gözləyən qaçqınlar əyalətdəki müxtəlif yataqxanalara köçürülmüşdülər. 

O zaman şəhər bələdiyyəsi onlara demişdi ki, bu mənzillər əsasən əyalətdəki evsizlər üçün nəzərdə tutulub. 

Lakin ötən bir il ərzindən bələdiyyə həmin mənzillərə kifayyət qədər evsiz cəlb edə bilməyib. Nəticədə sosial mənzillərə boş qalıb. 

Nəhayət ötən ay bələdiyyə məcbur olub hazırda bu əyalətdə yaşayan və sığınacaq üçün müraciət edən qaçqınları həmin sosial mənzillərə qaytarıb.