“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edib.

Modern.az-ın məlumatına görə, elanda deyilir:

Tələblər:

Təhsil/ təcrübə

– Ali təhsil (həkim-terapevt);

– Orta-ixtisas təhsili (tibb bacısı);

– İdarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı;

– Azərbaycan dilini mükəmməl bilmə;

– Kompyuter bilikləri;

Vəzifə öhdəlikləri:

– Metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməli;

İş rejimi:09:00-17:00

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.