Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Turistlərin hansı ölkədə nə qədər pul xərclədiyi ilə bağlı statistik məlumat açıqlanıb. AzEuroNews.com xəbər verir ki, 2017-ci ildə ən çox turist ziyarəti Fransaya olub. 86.9 milyon turist Fransada 60.7 milyard avro xərcləyib. 

Turist ziyarətindən ən çox qazanan isə, Amerika Birləşmiş Ştatları (ABŞ) olub. 74.7 milyon ziyarətçi bu ölkədə 210.7 milyard dollar xərcləyib. 

Kanadada fəaliyyət göstərən “Visual Capitalist” şirkətinin hazırladığı hesabatda turist ziyarəti və qazanca görə dünya dövlətləri belə sıralanıb:

ABŞ; 74.7 milyon ziyarətçi, 210.7 milyard dollar.

İspaniya; 81.8 milyon ziyarətçi, 68 milyard dollar.

Fransa; 86.9 milyon ziyarətçi, 60.7 milyard dollar.

Tailand; 35.4 milyon ziyarətçi, 57.5 milyard dollar.

İngiltərə; 37.6 milyon ziyarətçi, 51.2 milyard dollar.

İtaliya; 58.3 milyon ziyarətçi, 44.2 milyard dollar.

Avustraliya; 8.9 milyon ziyarətçi, 41.7 milyard dollar.

Almaniya; 37.5 milyon ziyarətçi, 39.8 milyard dollar.

Makao (Çin); 17.3 milyon ziyarətçi, 35.6 milyard dollar.

Yaponiya; 28.7 milyon ziyarətçi, 34.1 milyard dollar.

Honkong (Çin); 27.9 milyon ziyarətçi, 33.3 milyard dollar.

Çin; 60.7 milyon ziyarətçi, 32.6 milyard dollar.

Hindistan; 15.5 milyon ziyarətçi, 27.4 milyard dollar.

Türkiyə; 37.6 milyon ziyarətçi, 22.5 milyard dollar.

Meksika; 39.3 milyon ziyarətçi – 21.3 milyard dollar