Fərhad Çağtürk / AzEuroNews.com ➤  Türkiyənin İstanbul şəhərində Hakan Kanat adlı taksi sürücüsü turistlərin unutduğu 30 min avronu onlara geri qaytarıb.  AzEuroNews.com xəbər verir ki, İstanbul hava limanında iki əcnəbi müştərisini götürən H.Kanat onları şəhər mərkəzinə gətirib. Tunisdən gələn turistlər içində 30 min avro olan çantanı taksidə unudub. 

Şişli bölgəsində bir taksi şirkətində çalışan H.Kanat başqa bir müştərini götürən zaman pulla dolu çantanı tapıb və dərhal polisə məlumat verib. 

Polis idarəsində turistlərə görüşən H.Kanat pulla dolu çantanı geri verib. Tursitlər ona bu yaxşılığına görə 100 avro bəxşiş veriblər. 

H.Kanat bildirib ki, o sadəcə vətəndaşlıq vəzifəsini yerinə yetirib. 

“Pulla dolu çantanı onlara verəndə boynumu qucaqlayıb məni öpməyə başladılar. Bu mənə bəs edir”- deyə sürücü H.Kanat bildirib.

Foto və video © Ensonhaber.com /  DHA