Sumqayıtda qaz olmayacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, şəhərin Nəriman Nərimanov küçəsində yerləşən qaz kəmərində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar olaraq, saat 10:00-dan saat 17:00-dək Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 10, 14, 15, 16, 17, 18, 19, 20, 21, 29, 30, 34, 36, 45-ci məhəllələr, 1, 5, 6-cı mikrorayonlar, Betonzavod ərazisi və İnşaatçılar qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Müvəqqəti narahatlığa görə “Azəriqaz” İstehsalat Birliyi əhalidən üzr istəyir.