Bakı Dövlət Universiteti (BDU) boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

“Report” xəbər verir ki, BDU Tətbiqi riyaziyyat və kibernetika, həmçinin Tarix fakültələri üçün dekan vəzifəsinə işçi axtarır.

Bundan başqa, 17 üzrə kafedra müdiri vəzifəsi üçün də vakansiya elan olunub.

“Report” BDU-nun bu və digər vakansiyaları təqdim edir.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər sənədlərini bir ay müddətində mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə Bakı şəhəri, Z.Xəlilov küçəsi 23, AZ-1148 ünvanına təqdim etməlidirlər.