Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com ➤  Mart ayında Almaniyandan sığınacaq istəyənlərin sayı məlum  olub. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF)  AzEuroNews.com-a verilən məlumata görə, keçən ay 12 762 nəfər sığınacaq üçün federal idarəyə müraciət edib.

Bu keçən ilin eyni ayı ilə müqayisədə 140 nəfər (1.1 % ) çoxdur. 

Bu ilin fevral ayı ilə müqayisədə isə, 1559 nəfər (-10 %) azdır. 

 BAMF-ın məlumatında deyilir ki, müraciət edənlərdən yalnız 5371 nəfərə müvəqqəti yaşamaq üçün icazə verilib. 

Ümumi olaraq keçən ay 5701 nəfər  “Dublin proseduru” da daxil olmaqla müxtəlif səbəblərdən ölkədən deportasiya edilib. 

Mart ayında Almaniyadan sığınacaq istəyənlər bu ölkələrin vətəndaşları olublar:



Yanvar 2019Fevral 2019 Mart 2019

Müraciət edənlərin ümumi sayı 17 05114 32112 762
1. Suriya 364732222933
2. Nigeriya 124813881287
3. İraq 149813071027
4. Əfqanıstan896698861
5. İran 1006737667
6. Türkiyə 944 805 655
7. Naməlum 392 366358
8. Gürcüstan 534399351
9. Rusiya441320350
10. Eritreya273262299