XV G20 sammitinin keçiriləcəyi yer məlum olub.

Trend-in “SPA” agentliyinə istinadən verdiyi məlumata görə, növbəti sammit Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.

Məlumata əsasən, sammit 21-22 noyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, Böyük İyirmilik (G20) ölkələri dünya ticarətinin 75 faizini təşkil edirlər.