“Forbes” jurnalının Rusiya versiyası ölkə zənginlərinin yeni reytinqini tərtib edib.

Modern.az xəbər verir ki, siyahının 3-cü pilləsində Azərbaycan əsilli, əslən Bakıda anadan olmuş iş adamı Vahid Ələkbərovun adı var.

“Lukoyl” şirkətinin prezidentinin varidatı 20,7 milyard dollara çatıb. “Forbes” Rusiyada ən zəngin insanın “Sibur” və “Novateka”  şirkətlərinin səhmdarı olan 63 yaşlı Leonid Mixelson olduğu açıqlayıb. Onun 24 milyard dollar şəxsi sərvətə malik olduğu açıqlanıb.

Bundan öncə, zənginlərin reytinqinə başçılıq etmiş HLMK şirkətinin sahibi Vladimir Lisin (21,3 milyard dollar) bu dəfə 2-ci pillədə qərarlaşıb.