İngiltərənin “Taym” jurnalı dünyanın 100 ən nüfuzlu şəxsinin siyahısını dərc edib.

Modern.az məlumatına görə, siyahıda çoxsaylı siyasətçi, aktyor, ictimai xadim və müsiqiçilərlə bərabər idmançılar da yer alıb.

“Liverpul”un müsəlman (misirli) futbolçusu Məhəmməd Salah, ABŞ-ın “Los-Anceles Leykers” komandasının basketbolçusu Lebron Ceyms, yaponiyalı tennisçi Naomi Osaka, ABŞ qolfçusu Tayger Vuds da “100-lük”dədir. 

Qeyd edək ki, siyahıda qadın idmançılardan isə Fransanın “Lion” klubunda çıxış edən Aleks Morqana da yer verilib.