Foto © Gerd Altmann / pixabay.com
Foto © Gerd Altmann / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniyanın Şimali Reyn Vestfaliya (NRW) əyalətində müəllim çatışmazlığı səbəbindən qaçqınları müəllim kimi işə cəlb etmək istəyirlər. 
Bu barədə AzEuroNews.com -a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, hazırda hakimiyyət orqanları sığınacaq üçün müraciət edənlər arasında müəllim olmaq istəyənləri axtarır. Məqsəd Alman proqramlarına uygun təlimlərə qaçqın müəllimləri cəlb etməkdən ibarətdir.

Yvonne Gebauer

Təhsil Naziri Yvonne Gebauer (FDP) vətənindən qaçan müəllimlərə sürətli Alman dərsləri tədris etməklə bu problemi aradan qaldırmaq istəyir. Nazir qaçqın müəllimləri “qiymətli resurs” adlandırıb və onlardan istifadənin zəruriliyini vurğulayıb.

Bu barədə məlumatı il yarım əvvəl paylaşmışdıq və müəllimlərin faydalanmasını tövsiyyə etmişdik. 
Bunun üçün artıq bəzi proqramlar mövcuddur. Belə ki, Bielefeld və Bochum universitetləri intensiv dil kursları ilə yanaşı, “Müəllim plus” proqramı vasitəsilə qaçqınları tədrisə cəlb ediblər. Məlumata görə onlara yeni tədris ilində Şimali Reyn Vestfaliya məktəb sistemində iş təklif olunacaq. Bundan əlavə hökumət üçüncü ölkələrin müəllimləri üçün ayrıca ixtisasartırma kursları da açmağı planlaşdırır.