Simvol foto © Bon Bon / pixabay.com
Simvol foto © Bon Bon / pixabay.com


Lamiyə Məmmədova / AzEuroNews.com / Paris ➤  Fransada hicab bağladığına görə işdən çıxarılan qadına 23 min avro təzminat ödəniləcək. AzEuroNews.com xəbər verir ki, bu barədə Fransanın Versailles Temyiz Məhkəməsi qərar qəbul edib. 

Məlumatda deyilir ki, Fransanın məşhur “Micropole” şirkəti 10 il əvvəl hicab bağladığına görə Asma Bounaoil adlı qadını işdən çıxarıb.

Şirkəti məhkəməyə verən qadın 10 il boyunca proseslərə qatılıb. Nəhayət ötən gün  Versailles Temyiz Məhkəməsi işlə bağlı qərarını açıqlayıb. 

İndi sözügedən şirkət A.Bounaoilə 23 min avro təzminat ödəməlidir.