Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com  ➤  Lüksemburqdakı Avropa Ədalət Məhkəməsindən  Almaniyaya dəstək gəlib. Məhkəmə Almaniyanın qaçqınların AB-nin daha az inkişaf etmiş, aşağı sosial sistemlə malik ölkələrə deportasiya hüququnu tanıyıb.

Bu barədə AzEuroNews.com -a“Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Almaniyanın sosial standartları çox yüksəkdir lakin, bu bütün qaçqınların rahat həyat üçün Almaniyanı seçməli olması demək deyil. Bu qərarın Almaniya üçün mühüm əhəmiyyəti olacaq. Birincisi Alman məhkəmələrinin bu məsələdə prinsipiallıqları daha yüksək olacaq. İkincisi Avropa Məhkəməsinin bu cür hallarda istisna hesab etdiyi hallardan faydalanmaq imkanı yaranacaq. Dublin Konvensiyasına görə, ilk növbədə miqrantın Avropa Birliyi ölkəsinə daxil olmasına şərait yaradan ölkə miqrant üçün məsuliyyət daşıyır. Qeyri-qanuni olaraq digər ölkələrdə yaşayan miqrantlar ilk gəldikləri və ya viza aldıqları ölkəyə qaytarılmalıdırlar.

Alman hakimlərinin üç işi üzrə Avropa Məhkəməsinə müraciət olunub. Almaniyaya nisbətən qaçqınların daha pis həyat şərtləri olduğunu iddia edərək, İtaliya, Bolqarıstan və Polşaya deportasiya olunmalarına qarşı çıxılan üç hal üzrə Avropa Məhkəməsi müvafiq araşdırma aparıb.