Müğənni Murad Dalkılıçdan boşanan aktrisa Merve Boluğur son zamanlar azərbaycanlı modelyer Amor Qəriboviçlə görüntülənməyə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bir neçə aydır ki, serial ulduzu ard-arda moda ustadı ilə paparassilərə tuş gəlib. Onlar bu dəfə də gecə saatlarında əyləncə məkanından çıxarkən KİV nümayəndələri ilə qarşılaşıblar.

Merve və Amor media üzvlərinin suallarını cavabsız qoyaraq məkandan uzaqlaşıblar.