Müğənni Sıla Gençoğlu ilə aktyor Ahmet Kuralın sayca ikinci məhkəmə prosesi baş tutub.“Qafqazinfo” xəbər verir ki, İstanbul 60-cı Cəza Məhkəməsində reallaşan iclasda hər iki tərəf iştirak edib.  Prosesdə hakim aktyorun 16 ay 20 gün həbsinə qərar verib. 

“Ədalətə təşəkkür edirəm. Çətin bir dövrdür. Bunun iddia, şər olduğunu dedilər. Nə qədər güclü olsaz da, sağlam qalmaq çətindir. Bu gün ədalət məni ürəkləndirdi. Susmaq yaxşı bir şey deyil. Hamının cəsarətli olmağını istəyirəm” – deyə Sıla KİV-lərə açıqlamasında bildirib.