Əməkdar artist Röya Ayxanın son günlər sevgi ilə bağlı etdiyi paylaşımlar diqqət çəkib. 

Axşam.az-ın məlumatına görə, müğənninin romantik paylaşımları onun yenidən aşiq olması haqda xəbərlərin yayılmasına səbəb olub. 

Belə ki, Röya ötən gün yayımladığı fotoya “Darıxdığım indi çox uzaqdadır” sözlərini yazıb. 

Bundan əlavə isə kirpiklərini qaynaq etdirən ifaçı sevgilisinə mesag göndərib. O, video yayımlayaraq “Bundan sonra səhər yuxudan duranda adamın sevgilisi qorxmaz” sözlərini qeyd edib.

Qeyd edək ki, Röya hazırda yeni klipinin çəkilişləri üçün Türkiyəyə gedib.