Foto © Ralph / pixabay.com
Foto © Ralph / pixabay.com


Fərhad Çağtürk / AzEuroNews.com  ➤ 2019-cu ilin fevralından Almaniyann Xrsitan Demokratlar (CDU) rəhbərliyi aparıcı ekspertlər və miqrasiya sahəsində ixtisaslaşan siyasətçi alimlərlə görüşməklə miqrasiya və qaçqınlar problemini müzakirə etməkdə davam edir. Bu barədə əvvəllər dəfələrələ yazsaq da bəzi nüanslara görə bu məsələyə yeniqən qayıtmalı olduq. 

Almaniyada fəaliyyət göstərən “Leqat” interasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir :

Federal hökümət hesab edir ki: – sığınacaq üçün müraciət edənlərin müraciətlərinə baxılmasının bütün prosedurları bir məhkəmə instansiyasında həyata keçirilməlidir. 
–  şəxsi məlumatların təhrif edilməsi cinayət təqibinə səbəb kimi nəzərdə tutulmalıdır. 
– polisə qarşı güc tətbiq olunması sürətli ekstradisiyanın səbəbi kimi nəzərdə tutulsun. 
– polisə daha çox səlahiyyət verilməlidir, 2019-cu ilin ilin sonuna qədər xarici sərhədlərin mühafizəsi 20 min nəfərlik kontingent tərəfindən gücləndirilməlidir. 
Qeyd etmək lazımdır ki, Annegret Kramp-Karrenbauer da bildirir ki, fövqəladə hal yaranarsa hətta sərhədlərin bağlanması belə istisna olunmur. 
CDU təşəbbüsü ilə alimlər, QHT təmsilçiləri, mütəxəsislər və polis nümayəndələri ilə keçirilən yığıncaq Alman mediası tərəfindən fərqli qiymətləndirili. Bəziləri deyirlər ki, bu müzakirələr, real problemləri həll etməkdən çox birdəfəlik terapeyaya bənzəyir, bəziləri hesab edir ki, partiya rəhbərliyi yaranı qaşımaqla məşğuldur. Digərləri isə haqqında müzakirə olunan yığıncağı “stress testi” adlandırdılar. 


Politoloq Egbert Jan müharibədən qaçanlara və Almaniyada daha çox maddi rifah axtaranların fərqləndirilməsini tələb edir: “Biz ölkədə qaçqınların müvəqqəti və daimi yerləşməsi üçün mərkəzlər yaratmalıyıq və aydın şəkildə bildirməliyik ki, belə mərkəzlər üçün müəyyən olunmuş qaydaların pozulması bütün sosial təminatlardan məhrum edilməsinə səbəb olacaq”. 
Bonn Universitetinin hüquqşünası Christian Hillgruber isə bildirir ki, Almaniyanı qaçqınları qəbul etməkdən tamamilə imtina etməlidir. O qaçqınların əksəriyyətinin yalan məlumat verdiyini, sənədlərini isə qəsdən təqdim etmədiyini söyləyir. 
“Avropada sabitlik təşəbbüsü” təşkilatının təmsilçisi Avstriyalı Gerald Knaus, Almaniyada mövcud olan deportasiya təcrübəsini “tək ayaqlı şikəst” adlandırır. O hesab edir ki, qaçqınlar deportasiyadan yayınmaq üçün şikayət edir və illərlə Almaniyada qalmaq imkanını əldə edirlər. Knausun fikrinə görə, deportasiya altı həftədən çox müddətə təxirə salına bilməz. O daha sonra bildirib ki, Almaniyanın ən böyük səhvi Avropanın qərarlarına baxmayaraq, gələn qaçqınların təkbaşına qəbul olunmasına razılıq verməsidir.

“Leqat” interasiya mərkəzi hesab edir ki, sığınacaq üçün müraciət edənlərin müraciətlərinə baxılmasının bütün prosedurlarının bir məhkəmə instansiyasında həyata keçirilməsi, polisə qarşı güc tətbiq olunmasının sürətli ekstradisiyaya səbəb olması kimi təkliflər əslində sığınacaq axtaran şəxslərə münasibətdə diskriminasiyadır. Belə qanunların qəbul olunması yolverilməz və ağlabatan deyil.