Avropa İttifaqı ilə sazişlə bağlı uzun müddət iş gedirdi. Bu sazişdə əsas məqsədlərdən biri o idi ki, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı o biri dövlətlər kimi, bu sazişdə əksini tapsın. Artıq buna nail olmuşuq. Sazişlə bağlı kiçik məsələlərin həlli qalıb və bunlar üzərində işlər gedir 

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanla Aİ arasında saziş mayın 13-də imzalanacaq və bu, xalqın xeyrinə olacaq.

Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar və imzalanması gözlənilən sazişlə bağlı məsələni deputat Siyavuş Novruzov gündəmə gətirib. 

O, Azərbaycandakı bir sıra qüvvələrin bunun üzərinə kölgə salmağa çalışdığını bildirib.