Aktrisa Deniz Çakır və hicablı qızların “təhqir” mübahisəsi ilə bağlı gözlənilməz xəbər açıqlanıb. 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisanın “xalqın bir hissəsini din və məssəb fərqliliyi qoyaraq təhqir edib” iddiası ilə həbsi izlənilib. 

Getdiyi kafedə yan masada oturan hicablı qızları təhqir etməkdə günahlandırılan və “Sizin yeriniz bura yox, Ərəbistandır” dediyi söylənilən Deniz haqqında araşdırma başa çatıb. Çakırın həbs edilməsi istənilib. 

Aktrisa yaxın günlərdə hakim qarşısına çıxacaq və onunla bağlı son qərar açıqlanacaq.