Fərhad Çağtürk / AzEuroNews.com  ➤  Almaniya Dublin sazişi ilə bağlı qaydaaları sərtləşdirir. Digər Avropa ölkələrinə qaçqınların göndərilməsi aydın şəkildə yazılmış qaydalara baxmayaraq mümkün olmur. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Kassel şəhərinin inzibati məhkəməsinin sədri Dirk Schönstdaet bu barədə bildirir və qeyd edir ki, BAMF-ın qərarlarının inzibati məhkəmədə əsasən öz təsdiqini tapmasına baxmayaraq, qərarların icrasında çox vaxt problemlər yaranır. Bu problemlərə daha çox Dublin prosedurunu icrasında olan problemləri aid etmək olar. Dublin proseduruna əsasən ərizəçi viza aldığı, ilk səyahət etdiyi və ya ilk dəfə qaçqın statusu üçün ərizə təqdim etdiyi ölkəyə qaytarılmalıdır. Lakin son zamanların statistik göstəricilərinə görə bu qərarı ica etmək o qədər də asan deyil.


Həmçinin oxu: Qanunsuz miqrasiyaya qarşı mübarizə: DUBLİN SAZİŞİ


Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Michael Schaich dediyinə əsasən bu ilin yanvar və fevral aylarında federal ərazindən 147 şəxsin geri göndərilməsi mümkün olsa da 255 nəfəri müxtəlif səbəblərdən Dublin sazişinə uyğun olan ölkəyə göndərmək mümkün olmayıb. Bu səbəblərə geri göndərilməli olan şəxslər tapılmamağı, özlərinin qəsdən yoxa çıxmaları, kilsələrdən sığınacaq almaları və ya ailə birləşməsi ilə bağlı müraciətləri aiddir.

Bildiyiniz kimi Dublin sazişinə görə geri göndərilmə 6 ay ərzində baş verməlidir. 6 ay müddəti ötürüldükdən sonra sığınacaq axtaran şəxslə bağlı məsuliyyət Almaniya hökümətinin üzərinə düşür.

Nəzərdə tutulmuş deportasiyanı vaxtında həyata keçirmək üçün Hessen Federal Ərazisində bir sıra addımlar atılıb və indi də davam etməkdədir. Bu tədbirlərə deportasiyanı icra edən heyətin sayının artırılması və regional orqanların fəaliyyətinin komplektləşdirilməsini misal göstərmək olar. Eyni zamanda bu federal ərazidə bəzi qaydalar da sərtləşdirilib. Buna misal kimi sığınacaq üçün müraciət etmiş şəxsin ayrılmış yaşayış yerində (Haym və ya laqerdə) gecələmədiyi təqdirdə xəbərdalıq etməsi ilə əlaqədardır. Belə ki, bundan sonra Hessendə duldunqla yaşayan şəxs ayrılmış yerdə gecələməyəcəyi halda əvvəlcədən xəbərdarlıq etməlidir.