Özbəkistan parlamenti (Oliy Məclisi) Niqmatulla Yuldaşevi  prezident vəzifəsini müvəqqəti olaraq icra edən qismində təyin edib.

“Report” “Radio Svoboda”ya istinadən xəbər verir ki, Özbəkistan Konstitusiyasına əsasən, dövlət başçısının ölümündən sonra hakimiyyət müvəqqəti olaraq Oliy Məclisi Senatının sədrinə keçir.

Bundan başqa, parlament növbədənkənar prezident seçkilərini bu ilin dekabr ayına təyin edib.

Özbəkistanın birinci prezidenti İslam Kərimov insult səbəbindən vəfat edib və sentyabrın 3-də Səmərqənddə dəfn edilib.