Çin yaxın 10 il ərzində Aya insan göndərməyi və orada tədqiqat stansiyası tikməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Çinin Milli Kosmik İdarəsi xəbər yayıb.

Qeyd olunub ki, “Çanye-5” missiyası Aya eniş edərək oradan torpaq nümunələrini Yerə gətirəcək.

Bu missiya 2019-cu ilin sonuna nəzərdə tutulub.

Tədqiqat stansiyasının növbəti illərdə Ayın cənub yarımkürəsində inşa olunması planlaşdırılır.