Səhər yeməyindən imtina etmək insan orqanizmi üçün təhlükəlidir.

“Ölkə.Az” xəbər verir ki, Amerika Kardioloqlar Cəmiyyətinin məsələ ilə bağlı tədqiqatı elmi jurnalda dərc edilib. Məlum olub ki, səhər yeməyindən imtina etmək ürək-damar sistemi xəstəliklərindən ölmə riskini artırır.

Mütəxəssislər “National Health and Nutrition Examination Survey”in hesabatlarını incələyiblər. Bu sorğularda yaşı 40-75 arası dəyişən 6500 insan iştirak edib. Məlumatlar 1988-1994-cü illəri əhatə edir.

Məlum olub ki, uzun müddət səhər yeməyindən imtina edən insanlarda piylənmə riski artır, xolesterin miqdarı, qan təzyiqi artır, şəkər xəstəliyinə yoluxurlar. Bu faktorlar isə ilk növbədə ürək-damar sistemi xəstəlikləri ilə nəticələnir.