Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Məlumata əsasən, zərbələr Kərkük, Zap, Avaşin-Basyan və Kandil rayonlarına endirilib.

Zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.