“Mançester Yunayted”ın yeni müqavilə təklif etməyi planlaşdırdığı De Xea üçün “PSJ” təklif hazırlayıb.

Modern.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərlərə görə “PSJ”nin “Mançester Yunayted”ə təklifi 75 milyon avro olacaq. Xəbərdə De Xeanın klubuyla müqavilə yeniləməyəcəyi təqdirdə Fransa nəhənginin təklifinə müsbət baxacağı bildirilib. “PSJ” nin 28 yaşındakı qolkiperə illik 25 milyon avrodan 4 illik müqavilə təklifi gözlənilir.

Qeyd edək ki, klubunda bu mövsüm 44 oyuna çıxan qolkiper qapısında 59 qol görüb, 10 oyunda isə qapısını toxunulmaz saxlayıb.