Aprelin 27-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış gününə start verilir.

Modern.az-ın məlumatına görə, bu günün proqramında Formula 2 bolidlərinin paradı və F2 pilotlarının birinci yarışı var.

Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü və sıralama turu keçiriləcək.

Həmçinin “Alfa Romeo” və “Mercedes” komandalarının pilotlarının avtoqraf sessiyası olacaq.

Azarkeş zonasının qapıları açılır10:00Bütün əyləncə zonası
F2™ pilotlarının paradı10:20Trekdə10:50
Avtoqraf sessiyası – Alfa Romeo12:00F1® azarkeş zonası12:20
F2™ birinci yarış12:00Trekdə13:05
Avtoqraf sessiyası – Mercedes12:20F1® azarkeş zonası12:40
F1® üçüncü sərbəst yürüş14:00Trekdə15:00
Sual-cavab sessiyası15:30F1® azarkeş zonası16:00
F1® sıralama turu 17:00Trekdə18:00
Crystal Hall-ın qapıları açılır18:30Crystal Hall
DJ Mendoza19:30Crystal Hall
Trekin qapıları açılır19:30Trekdə
Rilaya konserti20:20Crystal Hall
Jessie J konserti21:00Crystal Hall
Azarkeş zonasının qapıları bağlanır22:00Bütün əyləncə zonası
Crystall Hall-un qapıları bağlanır23:30Crystal Hall

Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.