London Universitet Kollecinin tədqiqatçıları siqaret çəkməyən insanlar arasında ağ ciyər xərçənginin meydana gəlmə səbəbini açıqlayıb.

Bu haqda “Journal of the Royal Society of Medicine” nəşrində məqalə dərc olunub.

Alimlərin sözlərinə görə, istehsalat sahələrində zərərli maddələrlə təmas, həmçinin şəhərlərdə havanın çirklənməsi və passiv siqaret çəkmə ağ ciyər xərçəngi inkişafının əsas səbəblərindəndir.

Kollecin onkoloji tədqiqatlar mərkəzinin direktoru – professor Mik Rik əmin edir ki, siqaret çəkməyən əksər insanlar onlarda belə bir onkoloji xəstəliyin meydana gələ biləcəyinə inanmır.

Onun dediyinə görə, vaxtında xəstəxanalara müraciət etmədiklərinə görə, sağalma şansları əhəmiyyətli dərəcədə aşağı düşür.