Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  20 min valideyn himayəsindən məhrum uşaq Avropa Birliyi (AB) ölkələrindən sığınacaq istəyib. AzEuroNews.com xəbər verir ki, bu barədə Avropa Statistika Ofisi (Eurosat) məlumat yayıb. 

Məlumatda deyilir ki, ümumi müraciətlərin 21 %- i Almaniyada qeydə alınıb. Beləcə Almaniya valideyn himayəsindən məhrum olan uşaqların sığınacaq üçün  ən çox müraciət etdiyi Avropa ölkəsi olub. 

“Eurosat”dan verilən açıqlamaya görə, 2018-ci ildə qeydə alınana müraciətlərdə 2017  ilə müqayisədə azalma müşahidə edilib. 

Belə ki, 2017-ci ildə 31 400 valideyn himayəsindən məhrum olan uşaq Avropa Birliyi dövlətlərindən sığınacaq istəyib.