Foto © Gerd Altmann / pixabay.com
Foto © Gerd Altmann / pixabay.com


Fərhad Çağtürk / AzEuroNews.com  ➤  Avropa Birliyi (AB) ölkələri 2018-ci ildə 300 mindən çox sığınacaq axtaran şəxsə qaçqın statusu verib. AzEuroNews.com xəbər verir ki, bu barədə Avropa Statistika Ofisi (Eurosat) məlumat yayıb. 

Məlumatda deyilir ki, sığınacaq axtarın 30 % – i Suriya vətəndaşları olub. 

”Eurosat”dan verilən açıqlamaya görə, 2017-ci ildə bu rəqəm 533 min olub. Müqayisə etdikdə isə, AB ölkələrindən qaçqın statusu alanların sayında 40 %-lik bir azalma müşahidə edilib. 

Ən çox sığınacaq üçün müraciət edənlər isə, Suriya, Əfqanıstan, İraq, Eritreya, Nigeriya, İran, Somali, Pakistan, Türkiyə, Banqladeş kimi ölkələrin vətəndaşları olublar.