Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, sürpriz qələbələrlə bu mərhələyə qədər gələn “Tottenhem” və “Ayaks” qarşılaşacaq.

Bu komandalar arasında cavab görüşü isə mayın 8-də “Ayaks”ın meydanında baş tutacaq.

30 aprel

23:00. “Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya)

Baş hakim: Antonio Mateo Laos (İspaniya)