Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com


Fərhad Çağtürk / AzEuroNews.com  ➤ Almaniyada sosial yardım alanlar ehtiyac yarandığı təqdirdə marketlərdən avans ala biləcəklər. AzEuroNews.com xəbər verir ki, Almaniyada “Hartz IV” kimi bilinən sosal yardım alanlar ölkə ərazisində fəaliyyət göstərən süpermarketlərə yaxınlaşaraq kassadan problemsiz avans alacaqlar. 

Almaniyada paşladılan bu layihə ilə bağlı Federal İş Agentliyi marketlərə indiyə kimi 20 milyon avro ödəyib. Bu ilin yanvar ayından “REWE”, “Real”, “Penny” kimi süpermarketlər və “Rossmann”, “DM” kosmetika marketlerindən 70 min nəfər avans alıb. Üstəlik vətəndaşlar marketlərdən alışveriş etmək məcburiyyətində də deyillər. 

Almaniya Federal İş Agnetliyindən bildirilib ki, əslində sosial yardımlar vətəndaşların bank hesablarına köçürülür. Ancaq təcili pul lazım olduqda vətəndaşlar rahatça marketlərə yaxınlaşaraq avans ala bilərlər.