Bu ilin I rübündə ABŞ-ın “Apple” korporasiyasının istehsalı olan “iPhone”ların satış həcmi ötən ilin IV rübü ilə müqayisədə 17% az olub. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, azalma şirkətə 31 mlrd. ABŞ dollarına başa gəlib. 

Belə ki, “Apple” rüb ərzində “iPhone”nun satışından 58 mlrd. dollar gəlir, 11,6 mlrd. dollar isə xalis mənfəət əldə edib. 

Korporasiyanın rəhbəri Tim Kuk (Tim Cook) azalmanı Çin bazarında satış həcminin aşağı düşməsi ilə izah edib və vəziyyəti düzəltmək üçün qiymətlərinin endirildiyini bildirib.