Fərhad Çağtürk / AzEuroNews.com  ➤ Almaniyada  vətəndaşlıq almış 300-dən çox şəxs özü haqqında səhv məlumatlar verdiyi üçün  vətəndaşlıqdan məhrum edilib.

Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a verilən məlumatda deyilir ki, həmin şəxslərdən Almaniya pasportu geri alınıb. Alman hökuməti hesab edir ki, inteqrasiya olunmuş əcnəbilərin yoxlanılması haqqında yeni qanunun qəbul olunması çox vacibdir. Bu barədə artıq yeni qanun layihəsi tədiq edilib.

 “Die Welt” nəşrinin məlumatında deyilir ki, şübhəli inteqrasiya olunmaqla vətəndaşlıq alanlar 2009-cu ildən bəri vətəndaşlıq almış şəxslər hesab edilir və onların işlərinin xüsusi diqqət altında saxlanılması planlaşdırılır. İndiki qanuna görə, vətəndaşlığa qəbul olduqdan 5 il ərzində vətəndaşlığa qəbul prosedurunun hər hansı pozuntu ilə həyata keçirildiyi müəyyən ediləcəyi halda şəxsin vətəndaslıqdan məhrum edilə biləcəyi mümkündür. Prosedurun pozuntusu dedikdə əsasən aldatma, təhdid, ələ alma, məlumatların səhv verilməsi və ya tam verilməməsi başa düşülməlidir.

Horst Seehofer / Foto © CSU
Horst Seehofer / Foto © CSU

Almaniyanın daxili işlər naziri Horst Sehoofer müsahibələrində dəfələrlə qeyd edib ki, Almaniyaya gələn miqrantlarin geniş yayılmış yalanlarından biri pasportlarını itirməsi haqqında iddialarıdır. Başqa bir yalan isə azyaşlı olmayanların özlərini azyaşlı kimi təqdim etmələri ilə bağlıdır. Mənz belə hallara görə orta hesabla son 5 il ərzində 300 nəfərdən çox şəxsin saxta yollarla vətəndaşlıq və pasport alması müəyyən edilib.
Onu da əlavə etmək lazımdır ki, xususi xidmət orqanları tərəfindən 2016-cı ildə aşkar edilmiş cinayət faktlarından görünür ki, həmin ərəfədə Almaniya sosial şəbəkələr vasitəsilə yarım milyona yaxın Suriya pasportlarının satılması haqqında məlumat əldə edib. Bu vəziyyətin indi olmaması da istisna olunmur. Bu baş verənlər və presedentlər haqında DİN-in ərazi və Federal nümayəndələrinin toplantısında məlumat verilib. Buna görə də DİN sınaq müddətinin 10 ilədək artıraraq “Vətəndaşlıq Haqqında Qanun”a düzəlişlər ediməsini zəruri hesab edir. 
Lahiyə 2019-cu ilin payızında parlamentin tətilindən sonra müzakirəyə çıxarılacaq.
Onu da bildiririk ki, bu cür hallarda vətəndaşlığın itirilməsi ailə üzvlərinin də vətəndaşlığının itirilməsinə səbəb olur.