Rusiyanın Sibir əyalətindəki Daltikan çayı qan rəngində axmağa başlayıb.

Çayın şəkli sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb. Sakinlər deyir ki, çayın rənginin qırmızı olması nikel fabrikindən axıdılan çirkabla əlaqədardır. Rusiya Ekologiya Nazirliyi çayda kimyəvi çirkliliyin olması faktını təsdiqləyib.

Bu ərazidə yerləşən dünyanın ən böyük nikel müəssisəsi olan Noriskl Nikel şirkəti isə sözügedən çayı çirkləndirməsi ilə bağlı ittihamı rədd edib.