Hər bir şəxs həyatında az bir müddət belə olsa depressiyaya düşüb. Alimlər insanın ruhi vəziyyətinin yediyi qidalarla birbaşa əlaqəsi olduğunu sübuta yetiriblər.

Daim hazır paketlənmiş qidalardan, enerji içkilərindən istifadə edən, idmanla məşğul olmayan şəxslər depressiya halı ilə tez-tez qarşılaşırlar.

Axşam.az insanın ruh halına müsbət təsir edən qidaların bəzilərini təqdim edir.

Qarpız

B6 vitamini ilə zəngin olan bu meyvə yuxunu normallaşdırır.

Alma

Zəngin antioksidant tərkibli bu meyvə beyin funksiyalarına müsbət təsir göstərir.

Omeqa-3 yağ turşuları

Bu yağ turşuları ilə çox zəngin olan balıq, pərpətöyün, qoz depressiya ilə savaşmağa yardım edir.

Bal

Bal xöşbəxtlik hormonu olan serotoninin sintezini həyata keçirən triptofanla zəngindir.

D vitamini

Bu vitaminin çatışmazlığı insanın həddən artıq yorulmasına, zehni inkişafın geriləməsinə səbəb olur.

Depressiyadan qurtulmaq üçün sadəcə qidalanma yetərli deyil. Eyni zamanda idmanla məşğul olmaq, təmiz havada gəzmək lazımdır.